Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu bu həftənin sonunda keçiriləcək.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Olaf Şoltsla telefon danışığı zamanı bildirib.
Qeyd edək ki, Rusiya-Ukrayna danışıqlarının 2-ci raundu ötən gün Belarusun Brest vilayətində baş tutub. Ukrayna hökumətinin rəsmisi Mixaylo Podolyak görüşdən sonra bildirib ki, tərəflər arasında danışıqlar zamanı Ukraynanın istədiyi nəticə əldə edilməyib. 2-ci raundun əsas nailiyyətinin mülki şəxslər üçün humanitar dəhlizlə bağlı razılıq əldə edilməsi hesab edilir.