Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Beş il əvvəlki adam deyil, ciddi psixi problemləri var” - Putinin kəşfiyyatçı yoldaşı
“Beş il əvvəlki adam deyil, ciddi psixi problemləri var” - Putinin kəşfiyyatçı yoldaşı

Rusiya və Ukrayna arasındakı danışıqlar hər dəfə uğursuzluqla bitir. Kreml müharibəni dayandırmaq istəmir. İrəli sürülən şərtlər Ukraynaya təslimçilikdən başqa bir şey vəd etmir. Kremlin rəhbəri Vladimir Putinin çıxışları göstərir ki, o, problem saydığı məsələni yalnız hərbi yolla həll etməyi düşünür.

Bizimyol.info xəbər verir ki, Putinin kəşfiyyat təlimlərində kurs yoldaşı olmuş xüsusi xidmət orqanlarının keçmiş kəşfiyyatçısı mayor Yuri Şvets onun Ukraynaya hücum edəcəyini gözləmirmiş. Mayor qonşu ölkəyə hücumu özünəqəsd adlandırıb.

Yuri Şvets Yuri Şvets

“Ukraynada qardaş qırğını baş verir. Avropada rusdillilərin şəhəri kimi tanınan Xarkovu necə viran qoymaq olar? Putinin ciddi psixi problemləri var. Bir il, beş il əvvəlki adam deyil. İndi təkcə Ukrayna və Rusiya yox, bütün dünya Putinin ağılsızlığının əziyyətini çəkir”.

DTK zabiti Rusiya ordusunun uğursuzluğundan danışıb. Onun fikrincə, çoxu Kremlin hərbi gücünün gözlənildiyi qədər böyük olmadığını anlamağa başlayıb.

“Ukrayna müharibəsi göstərdi ki, Rusiya ordusu heç də əzəmətli deyil. 40 kilometrlik kolon 24 saat yerindən tərpənə bilmir. Rüsvayçılıqdır. Monqollar atla daha tez gedərdilər. Hanı hərbi kosmik qüvvələr? Çox böyük itkilər verilib. Bir həftə ərzində Əfqanıstanda beş il müddətində olduğu qədər hərbçi həlak olub. Rejimin münasibətindən heyrətə gəlməmək mümkün deyil. Cəsədləri götürmürlər. Gizlədirlər. Bir dövlət başçısı döyüşçülərinə necə belə münasibət göstərə bilər?! Bundan sonra kim döyüşməyə gedər? Məndə belə təəssürat var ki, Putin bir həftə sonra barədə qətiyyən düşünmür”.

Şvets Rusiya ordusunun uğursuzluğunda ukraynalıların şücaətinin də payı olduğunu deyib. Mayor Ukraynanın belə müqavimət göstərəcəyini heç kimin gözləmədiyinə əmindir.

“Çoxu düşünürdü ki, uzağı 3-4 günə Rusiya ordusu istəyinə nail olar. Elə ABŞ-da da belə fikirləşirdilər. Amma ən vacib yerləri əldən verməmək üçün inanılmaz cəsarət göstərirlər. Putin Hitlerdən də pis davrandı. Qərb hadisələrin belə gedişini gözləmirdi. Sanksiyaların sərtliyi də buna görədir. Amma bu da son deyil. Hələ enerji daşıyıcılarına embarqo qalıb. Bunun da qeyri-rəsmi həyata keçirilməyə başlaması diqqət çəkir”.

Şvets inanır ki, Kreml iqtisadi savaşdan qalib çıxa bilməyəcək. Keçmiş kəşfiyyatçıda Rusiya hakimiyyətinin baş verənlərə çox tab gətirməyəcəyinə əminlik var.

“Mən birjanı diqqətlə izləyirəm. Bu gün Rusiya neftini alan olmayıb. Ölkəni açıq-aşkar boykot edirlər. Qiymətlər çox artacaq. Əlbəttə, onlar dözümlü xalqdır. Amma istənilən halda sadə rusiyalı bir ay ərzində vəziyyətin necə bərbad olduğunu hiss edəcək”.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »