Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Ukrayna üzərində səmanı qapadılmasını müzakirə edəcək
NATO Ukrayna üzərində səmanı qapadılmasını müzakirə edəcək

NATO üzvləri martın 4-də keçiriləcək iclasda Rusiyanın Zaporojye AES-ə hücumundan sonra Ukrayna üzərində "uçuşa qadağan zonası"nın tətbiqini müzakirə edəcək.

Bizimyol.info xəbər verir ki, "Financial Times" verdiyi məlumata görə, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

Nəşr Rusiya işğalçılarının gecə saatlarında Zaporojye atom elektrik stansiyasına hücumunun ABŞ prezidenti Co Baydeni işğalçı ölkəni dərhal atəşkəsə çağırmağa sövq etdiyinə diqqət çəkir.

Stansiyadakı yanğın yalnız cümə günü səhər saatlarında söndürülüb.

Albarez deyib ki, NATO martın 4-də cümə günü keçiriləcək sammit zamanı Ukraynaya mümkün müdaxilələri, o cümlədən "uçuşa qadağan" zonanın tətbiqini müzakirə edəcək.

Eyni zamanda, o əlavə edib ki, bu məsələ ilə bağlı müsbət qərar qəbul ediləcəyi ehtimalı azdır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »