Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Stress hormonları ciddi nəticələrə yol aça bilir"
"Stress hormonları ciddi nəticələrə yol aça bilir"

Mensturasiya nizamının pozulmasını, artıq çəki, artan iştahanın nədən qaynaqlandığı qadınlar çox zaman yaşla əlaqələndirirlər. Ancaq mütəxəssislərin fikirncə, qadınların yaşadığı bu kimi problemlərin arxasında hormon pozulması durur. Hormonlarda olan pozulma, bəzən iştah pozuntusu, bəzən də depresiya ilə özünü göstərə bilir.

Ginekoloq Xoşqədəm İbrahimova Bizimyol.info saytına açıqlamasında bildirib ki, qadınlar kişilərlə müqayisədə daha çox hormonal problemlər yaşayır: “Qadın xəstəliklərində artım çox zaman hormon disbalansı ilə əlaqəli olur. Bir çox qadın müxtəlif səbəblərlə bağlı hormonal problemlər yaşayır və bu vəziyyət başqa xəstəliklərə də yol açır. Xüsusilə, stress və yanlış qidalanma hormon disbalansına səbəb olur. Eyni zamanda anormal həyat tərzi və bəzi vərdişlər də bu problemlə yol açır”.

Qadınların kişilərdən çox hormon problemi yaşamasına səbəb isə mensturasiya, hamiləlik və klimaksdır. Bu dövrlərdə yaşanılan fiziki dəyişikliklər hormonal strukturla birbaşa əlaqəlidir. Yəni bu dövrlərdə hormonlarda ciddi dəyişikliklər müşahidə edilə bilər.

Mütəxəssis qeyd edir ki, stress hormonların balansını poza bilər.

“Xroniki stress kortizol hormonunu artması ilə nəticələnə bilər. Stress hormonu olan kortizol qan təzyiqini yüksəldir, şəkəri və immun sistemi nizamlayır. Stressli olan zaman stress hormonları ciddi nəticələrə yol aça bilir. Doğru olmayan qidalanmaya istiqamətləndirir və şəkərə olan ehtiyacı artırır. Eyni zamanda ostrogen, insülinlə bağlı problemləri də gətirir” - deyən həkim bildirib ki, xaricdən orqanizmimizə daxil olan bir çox toksiki maddə var. Bu toksinlər də hormonların təbii sistemini pozub, hormonal disbalansa səbəb olur.

Həkimin sözlərinə görə, bu toksinlərdən qaçmaq mümkünsüzdür. Çünki toksinlər hər yerə, yediyimiz yeməkdə, tutduğumuz stəkanda, istifadə etdiyimiz parfümdə belə var. Bu toksinlərdən biri ksenoostrogenlərdir. Ksenoostrogenlər ostrogen hormonuna bənzəyir və təbii hormonların azalmasına səbəb olur. Reproduktiv sistemi pozan ksenoostrogenlər reproduktiv və inkişaf problemlərinə yol açır. Qadınlarda müşahidə edilən hormon pozuntusunun bir çox səbəbləri ola bilər. Yaşın artması da horomonal pozuntuya səbəb ola bilər. Qadınlar yaşlandıqca hormonlarda önəmli dəyişikliklər baş verir. Bədənlərində testosteron səviyyəsi kişilərdə olduğu kimi azalmağa başlayır. Eyni zamanda ostrogen səviyyəsi də azalır. Bu zaman cinsi istəksizlik, saç tökülməsi, metobolizmanın zəifləməsi, bədən istiliyinin azalması və ürək xəstəlikləri meydana gələ bilər.

Hormon pozuntularının əlamətləri:

  • Mensturasiya düzənsizliyi,
  • yuxu problemi, konsantrasiya çətinliyi,
  • yorğunluq, depresiya,
  • kökəlmək,
  • bağırsaq problemləri,
  • vaginal quruluq,
  • iştah,
  • süd vəzilərində kistalar, süd vəzilərində həssaslıq,
  • sonsuzluq,
  • saç tökülməsi,
  • göz quruluğu,
  • tüklənmə,
  • kökəlmə

Hormon pozuntuları yumurtalıq xərçənginə, erkən klimaksa, yumurtalıq çatışmazlığına səbəb ola bilər. Hormon pozuntusunun müalicəsi, səbəbindən asılı olaraq dəyişir. Bunun üçün öncə fiziki müayinələr, USM görüntüsü, laboratoriya testləri ilə hormon disbalansına səbəb olan faktorlar müayinə edilir. Sonra isə buna uyğun olaraq müalicəyə başlanılır. Ostrogen və progesteron tərkibli dərmanlar seçilir. Bununla yanaşı hormon yeniləmə dərmanları və müxtəlif kremlər həkimlər tərəfindən tövsiyə edilir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »