Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kuleba NATO-ya: Ukraynalıların ölümünə görə məsuliyyət daşıyacaqsınız
Kuleba NATO-ya: Ukraynalıların ölümünə görə məsuliyyət daşıyacaqsınız

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, Rusiya Ukraynanı da Suriyadakı taktika ilə məhv etməyə çalışır, lakin buna yol vermək olmaz.

Bizimyol.info xəbər verir ki, bu barədə Kuleba NATO ölkələrinə verdiyi bəyanatda deyib.

"Dövlətimiz döyüşməyə hazırdır, biz rus işğalına qarşı mübarizəmizi davam etdiririk. Lakin Rusiyanın hava hücumlarını dəf etmək üçün bizə təcili yardım lazımdır. Əgər bunu etməsəniz, mülki əhalinin həyatı və çəkdikləri zülmə görə məsuliyyəti bölüşməli olacaqsınız. Rusiya təyyarələrinin raket hücumları nəticəsində ölənlər Ukrayna əhalisidir”, - ukraynalı nazir açıqlamasında bildirib.

Kuleba bir daha NATO-nu Ukrayna səmasını Rusiyanın hava hücumlarına bağlamaq üçün təcili tədbirlər görməyə çağırıb.

"Putinin Ukraynaya qarşı müharibəsi elə inkişaf edir ki, elə bir zaman gələcək ki, NATO ölkələri Rusiyanın bütün Avropaya hücum etməsinə və Avropa ölkələrinin həyatını dəhşətə çevirməsinə mane olmaq üçün Ukraynanı sözün əsl mənasında hər şeylə təmin etməyə hazır olacaqlar. Mən bildirirmək istəyirəm ki, hələ nə qədər ki, gec deyil qətiyyətlə hərəkət etməlisiniz”, - Kuleba bildirib.

Xatırladaq ki, bu gün Brüsseldə NATO ölkələrinin növbədənkənar toplantısı keçirilir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »