Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəziyyətin gərgin olmasına baxmayaraq konsulluq fəaliyyətini davam etdirir
Vəziyyətin gərgin olmasına baxmayaraq konsulluq fəaliyyətini davam etdirir

Öncə qeyd etmək istərdik ki, Xarkov şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna baxmayaraq Azərbaycanın fəxri konsulluğu öz fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən 500 nəfər həmvətənimiz Xarkov şəhərindən Lvov şəhərinə yola salınıb. Lvov şəhərindən vətəndaşlarımızın Ukrayna-Polşa sərhəddini keçmələrinə köməklik göstəriləcək.

Eyni zamanda Xarkov şəhərində Azərbaycanın fəxri konsulu Əfqan Salmanovun Xarkov Cənub Dəmir Yolu idarəsi və Xarkov Dəmir Yolu vağzalı ilə apardığı danışıqların nəticəsində Azərbaycan vətəndaşlarının gündəlik təxliyəsi üçün yerlər ayrılmışdır. Xarkov şəhərini tərk etmək istətən həmvətənlərdən Dəmir Yolu Vağzalının növbətçi hissəsi və Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur.

Eyni zamanda konsulluq əməkdaşları Azərbaycan mediasını və sosial medianı izləyir və burada yerləşdirilən müraciətlərə operativ şəkildə reaksiya verir. Azərbaycanın fəxri konsulluğu olaraq Sizlərdən bu işdə həmrəylik nümayiş etdirməyi və həmvətənlərimizi konsulluğa yönləndirməyinizi xahiş edirik.

Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 (+380) 57 700 05 31, (+380)63 047 05 50 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Ukraynanın Xarkov şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır. Ötən gün Xarkov şəhərinə atılan raketlərdən biri konsulluq binasına yaxın əraziyə düşmüşdür. Parlamanın zərbəsindən konsulluq binasının şüşələrinə zərər dəymişdir. Buna baxmayaraq konsulluq 24 saatlıq iş rejimindən fəaliyyətini davam etdirir. Konsulluğumuz fəaliyyətini ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatı əsasında həyata keçirir.

Xarkov şəhərində yaşayan həmvətənlərimizin evakuasiyası prosessi Xarkov vilayət adminstrasiyası və dəmiryolu idarəsi ilə kordinasiyalı şəkildə davam etdirilir.Gün ərzində 500-dən artıq həmvətənimiz daha təhlükəsiz bölgələrə evakuasiya ediliblər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »