Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kral ailəsi Ukrayna qaçqınlarına yardım məqsədi ilə ianə edib
Kral ailəsi Ukrayna qaçqınlarına yardım məqsədi ilə ianə edib

Böyük Britaniya Kraliçası II Yelizaveta Ukraynadan olan qaçqınlara kömək etmək üçün Fəlakətlər üzrə Fövqəladə Hallar Komitəsinə “böyük məbləğdə şəxsi ianə” edib.

Bizimyol.info xəbər verir ki, "The Telegraph"ın verdiyi məlumata görə, Bukingem Sarayı ianəni nədə ibarət olduğunu  və onun həcmini rəsmi olaraq açıqlamayıb. Lakin fond kraliçaya "onun işini dəstəkləməyə davam edən səxavətinə görə" təşəkkür edib.

Nəşr vurğulayır ki, kraliça və kral ailəsinin maliyyə yardımı bir stimuldur. Bu xeyriyyəçiliyə çağırış kimi qiymətləndirililir və belə tədbirlər ictimaiyyətin diqqətini cəlb edir. Kral ailəsinin şəxsi nümunəsi başqalarını da onların yolu ilə getməyə sövq edir.

15 xeyriyyə təşkilatından ibarət olan Fond Rusiyanın işğalından sonra Ukraynanı tərk etmək məcburiyyətində qalanlara yardım çağırışı edib. Fond Ukraynadan olan qaçqınları qəbul edən ölkələrin (Moldova, Rumıniya, Slovakiya, Macarıstan və Polşa) xeyriyyə təşkilatlarına paylamaq, onları qida, su və sığınacaqla təmin etmək üçün vəsait toplayır.

Britaniya taxtının varisi Şahzadə Çarlz prezidenti olduğu Britaniya Qızıl Xaç Cəmiyyətinə şəxsi ianə edib. Şahzadə Çarlzın həyat yoldaşı, Connowl hersoginyası Kamilla Daily Mail-in qaçqınlarla bağlı təbliğat kampaniyasına "əhəmiyyətli" ianə edib.

Bundan əvvəl şahzadə Çarlz iki dəfə rus qoşunlarının amansız təcavüzünü pisləyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »