Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Amma plastik taralardan can qurtarmaq o qədər də asan deyil"
"Amma plastik taralardan can qurtarmaq o qədər də asan deyil"

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaxın gələcəkdə təbiətin plastik və onun tullantıları ilə çirkləndirilməsinin qadağan edilməsi ilə bağlı qətnamə qəbul edib. Belə ki, qətnaməyə görə, 2024-cü ilə qədər plastik çirklənmənin qadağan edilməsinə dair müqavilə hazırlayacaq hökumətlərarası danışıqlar komitəsinin yaradılması nəzərdə tutulur. UNEP prezidenti, Norveçin iqlim və ətraf mühit üzrə naziri Espen Bart Eide bu sənədin qəbulunun tarixi məqam olduğunu vurğulayıb. O, həmçinin plastik tullantıların bir çox canlıların nəslinin kəsilməsinə səbəb olduğunu xatırladıb.

Azərbaycanda da plastik qablaşdırma, plastik taralar, plastik torbaların istifadəsi ilə bağlı qanun qəbul edilib və qadağalar qoyulub. Amma təəssüflə qeyd etməkiyik, bütün qanunlarda olduğu kimi bu qanunda da boşluqlar var və qanun demək olar ki, işləmir. Yəni bu gün bütün mağazalarda plastik torbalar və qablaşdırmalar kifayət qədərdir. Sanki belə bir qanun yoxmuş kimi...

“Azad İstehlakçılar Birliyinin” sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, BMT-nin plastik taralarla bağlı çağırışına “Azad İstehlakçılar Birliyi” daim dəstək verib. Belə ki, 2009-cu ildə təşkilat Nizami küçəsində bununla bağlı küçə yürüşü də keçirib:

Eyyub Hüseynov Eyyub Hüseynov

“Biz "Ətraf mühitin plastik taralarla çirklənməsi dinamikası" deyilən bir layihə həyata keçrimişik. Həmin ildə dövlət və biznes qurumlarına təkliflər vermişik ki, Bakının hansı əraziləri intensiv şəkildə çirklənir və bunun qarşısını almaq üçün hansı yollar mümkündürsə müraciət edək. Lakin təəssüflər olsun ki, bizim qaldırdığımz məsələ 2009-cu ildə elə yerdə qalıb. Bizim təkliflər çərçivəsində biznes qurumlara plastik taraların yığılması ilə bağlı və s. təkliflər vardı.

Bu, dünyanın probleminə çevrilmiş bir məsələdir. Azərbaycan höküməti son zamanlar ayılıb, bu işi görmək istəyir. Amma plastik taralardan can qurtarmaq o qədər də asan deyil. Hökumət alternativ qablaşdırma metodlarını təqdim etmədiyi müddətdə Azərbaycanda bu prosesi dayandırmaq mümkün olmayacaq”.

E.Hüseynovun sözlərinə görə, yanvar ayından guya plastik torbaların istifadəsi qadağan idi. Vəziyyət isə, göz qabağındadır. Ekspert qeyd edib ki, təşkilat əhaliyə Prezident yanında Qeyri-Hökümət təşkilatlarına dövlət dəstəyi şurasının ayırdığı qrant çərçivəsidə 500-ə yaxın ekoloji təmiz bezdən hazırlanmış torbalar paylayıb.

“Əhali bunu məmnuniyyətlə qarşıladı. Bu işdə Ekologiya və Təbii Sərvlətlər Nazirlyinin də köməyi oldu” - deyən Hüseynov əhalini plastik torbalardan, plastik qablardan istifadə etməyi minimuma endirməyə çağırıb. Onun sözlərinə görə, plastik torbalara ən yaxşı alternativi cənubda hazırlanan həsir zənbillərdir. Həsir zənbillər ekoloji təmizdir.

“İnsanlar, bazar torbalarından həsir zənbillərə keçməlidir. Eləcə də istehsalçılar malların qablaşdırmasında plastik qablaşdırmalardan mümkün qədər uzaq olmalıdırlar” - deyə E.Hüseynov bildirib.

Xatırladaq ki, ötən il iyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan olunub. Eyni zamanda ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulub. Bu qadağalara məhəl qoymayanlar üçün cərimələr də nəzərdə tutulur. Belə ki, plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilirlər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »