Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arestoviç: Rusiya Ukraynaya qarşı tələblərini azaldır
Arestoviç: Rusiya Ukraynaya qarşı tələblərini azaldır

Dünən Ukrayna ilə Rusiya Federasiyası arasında aparılan davam etdirilib.

Bizimyol.info danışıqların təfərrüatları barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksiy Aretoviç məlumat verib.

Arestoviçin sözlərinə görə, ruslar tələbləri tədricən azaldır.

"Onlar denazifikasiya və s. haqqında danışmağı dayandırdılar. Və onlar qeyri-blok statusu haqqında danışmağa başladılar, hətta bu mövzunu çox da pedal olmadığını da dilə gətirdilər. Söhbət Ukraynada müəyyən növ hücum silahlarının yerləşdirilməsinin qarşısını almaqdan gedir. Tələblərin azaldılması onu göstərir ki, Rusiya Federasiyası öz siyasi məqsədlərinə hərbi yolla nail olma>;n mümkün olmayacağını başa düşür",- deyə aparat rəhbərinin müşaviri qeyd edib.

O, dünənki danışıqlarda əldə olunan yeganə razılaşmanı xatırladıb.

“Ukraynanın mühasirəyə alınmış şəhərlərinə, Rusiya işğalından əziyyət çəkən icmalara humanitar yardım və ya humanitar dəhlizlərin göstərilməsi ilə bağlı tərəflərin nəzəri razılığı olub”, - deyə o bildirib. A.Aretoviç əlavə edib ki, bu saziş beynəlxalq təşkilatlar tərəfindən dəstəklənəcək.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »