Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada müharibəyə qatılmaq istəyən iki amerikalı saxlanılıb
Ukraynada müharibəyə qatılmaq istəyən iki amerikalı saxlanılıb

Ukraynada müharibəyə qatılmaq istəyən iki amerikalı çoxlu sayda silahla yaxalanıb.

Bizimyol.info xəbər verir ki, Ukrayna bütün dünyadan könüllüləri Rusiyaya qarşı döyüşməyə dəvət edərkən, ABŞ-da Ukraynaya getmək istəyən iki silahlı şəxs saxlanılıb.

Məxfi Xidmət Ukrayna səfirliyi yaxınlığında avtomobildə axtarış apararkən çoxlu sayda silah aşkar edib. Saxlanılan iki şəxs İndiana şatatından gəldiklərini və döyüşmək üçün Ukraynaya getmək istədiklərini bildiriblər.

Hərbi geyimdə olan iki nəfərə qarşı dövlət qeydiyyatı olmayan və istifadəsi məhdudlaşdırılan silahların saxlanması ittihamı ilə cinayət işi açılıb.

Qeyd edək ki, Ukrayna Rusiyaya qarşı döyüşmək üçün bütün ölkələrdən gələn əcnəbilərdən viza tələb etməyəcəyini açıqlayıb. Bildirilib ki, aidiyyəti şəxslər Ukraynanın öz ölkələrindəki səfirliklərinin müdafiə attaşelərinə müraciət etsinlər.

Bundan əlavə, Ukrayna prezidenti Vladimir Zelenski də Rusiyaya qarşı döyüşmək üçün 16 min əcnəbinin könüllü olduğunu açıqlayıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »