Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ senatorundan Putinə sui-qəsd çağırışı
ABŞ senatorundan Putinə sui-qəsd çağırışı

ABŞ senatoru Lindsey Graham cümə axşamı gecə Rusiya prezidenti Vladimir Putinin öz xalqı tərəfindən öldürülməli olduğunu söyləyərək, Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yaranan böhrana son qoymağın yeganə yolunun bu olacağını irəli sürüb.

Bizimyol.info xəbər verir ki, ABŞ-da yerləşən Fox News telekanalında yayımlanan bir proqrama qatılan Graham iddiasını əvvəlcə burada dilə gətirib, daha sonra sosial media hesabına köçürüb.

Graham, “Twitter” hesabında yayımladığı mesajda, "Rusiyada Brutus varmı? Rus ordusunda bundan uğurlu polkovnik Ştauffenberq varmı?”,- deyə soruşub.

“Bunun sona çatmasının yeganə yolu Rusiyada birinin bu adamı vəzifədən çıxarmasıdır. Siz bununla ölkənizə və dünyaya böyük xidmət etmiş olarsınız”,- deyə əlavə edib.

Graham növbəti mesajında isə baş verənləri düzəldə biləcək yeganə xalqın rus xalqı olduğunu ifadə edib. “Demək asandır, etmək çətindir. Ömrünüzün qalan hissəsini qaranlıqda, dünyadan təcrid olunmuş vəziyyətdə və yoxsulluq içində keçirmək istəmirsinizsə, hərəkətə keçməlisiniz”.

Qeyd edək ki, Graham ABŞ Hərbi Hava Qüvvələrində otuz ildən çox müddətdə vəkil kimi çalışıb, sonra isə ehtiyatda olub. O, Respublikaçılar Partiyası daxilində hərbi və xarici siyasət məsələlərində təsirli şəxs kimi bilinir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »