“Rusiya Zaparoje Atom Elektrik Stansiyasının blokunu ələ keçirib. Buna görə gərginlik var. AES-də aktiv Uran və nüvə reaktorlarının olduğunu qeyd edilir. Rusiya indiki halda buranı ələ keçirərək, Ukraynanı elektriksiz qoymaq istəyir. Ümumiyyətlə ərazinin strateji mövqeini nəzərə alsaq, AES-üzərindən Ukraynaya əlavə təzyiqlər etmək istəyir”.
Bu barədə Bizimyol.info saytına danışan politoloq Turan Rzayev bildirib ki, ötən gün tərəflər arasında humanitar atəşkəs razılaşaması olub. Onun sözlərinə görə, Rusiya Ukraynanın bir sıra şəhərlərini mühasirədə saxlayır. Humanitar dəhlizin yaradılması həmin şəhərlərdə qalan vətəndaşlara qida və dərman vasitələrinin çatdırılması baxımından olduqca vacibdir.

Politoluqun fikrincə, müharibə başlayandan tərəflərin ilk dəfə razılaşması istəməsi müsbət haldır. Bu 3-cü görüş üçün bir imkanın yaradıldığını hiss etdirir: “İlk görüşdə heç bir razılşama əldə edilməsə də, ikinci görüşdə humanitar razılaşma əldə edildi. Mümkündür ki, tərəflər arasında daha geniş müzakirələr aparılsın və müəyyən razılaşmalar əldə edilsin. Hazırkı danışıqlar prosesinin humnitar sahəyə aid olduğunu nəzərə alsaq, mövcud müharibə şəraitinə təsirinin az olduğunu deyə bilərik. Tərəflərin real diplomatik masaya qayıtması vasitəçilərlə baş tuta bilər. Burada heç də Belarus-Ukrayna, Belarus-Polşa sərhəddində qısa görüşmələrlə deyil, uzun etaplı və geniş tərkibli görşülərdən söhbət gedir. Və tərəflərin bir-birinə qarşı kompramisə getmək məsələsi var.Konstruktiv yanaşmalar sərgilənməlidir”.
Rusiya tərəfindən həlak olan əsgərlərin ailələrinə yardımların edilməsi məsələsinə gəldikdə isə, T.Rzayev bildirib ki, itkiləri olan ölkələr bunu konpensasiya etməlidirlər. Ötən gün Rusiya Federasiya Prezidenti Putin də həlak olan əsgərlərin valideynlərinə yardımların ediləcəyinə qeyd edərək bunu vətəndaşlıq borcu adlandırıb.
T.Rzayev vurğulayıb ki, müharibədə olan Rusiyanın iqtisadi vəziyyəti olduqca kritikdir. Siyasi şərhçi bildirib ki, son tətbiq edilən sanksiyalar paketi Rusiya iqtisadiyyatına kifayət qədər zərbə vurub. Əlavə paketlərin hazırlandığı qeyd edilir. Rusiya müharibəni davam etdirəcəyi təqdirdə sanksiyaların təsir gücü artırılacaq: “Bu da Rusiya iqtisadiyyatı üçün müsbət heç nə vəd etmir. Qərb hesab edir ki, sanksiyalar paketi ilə Rusiyanı geri addım atmağa məcbur edə biləcək. Hazırda Rusiyanın geri çəkilmədiyini və əlindəki bütün imkanlarla müharibəni davam etdirdiyini görürük. Müharibə sonrası Rusiya iqtisadiyyatına ciddi zərbə dəyəcək və özünü bərpa etmə uzun müddət davam edəcək. Çünki hazırda beynəlxalq aləmdə Rusiyanın təcridedilmə siyasəti gedir. Siyasətə nəzər saldıqda, iqtisadi baxımdan da təcridedilmə gedir. Bu isə Rusiya üçün müsbət vədlər vermir. Hərhalda Rusiya Kievi tez bir zamanda ələ keçirib, Zelenskini hakimiyyətdən endirməyi düşünür. Əvəzində isə, keçmiş prezident Viktor Yuşçenkonun hakimiyyətə gəlməsi məsələsi gündəmdədir”.
Politoloqun sözlərinə görə, Rusiya tərəfinin son addımları ondan xəbər verir ki, Rusiya müharibəni uzun müddət aparacaq gücdə deyil. İqtisadi baxımdan tətbiq edilən sanksiyalar da bunu daha da qısaltmağa doğru aparır.
“Rusiya qısa müddətdə Ukraynada ya hakimiyyəti dəyişməyə çalışacaq. Ya da ki, tampon bölgə yaradıb o əraziləri müdafiə edəcək. Prosesin bu istiqamətdə cərəyan etməsi Ukraynaya sərf etmir. Tərəflər arasında müəyyən bir razılıq əldə olunub, müharibənin bitməsi arzuolunandır. Amma tərəflərin tələbləri bir-birinə ziddir. Bu da, proseslərin dalana dirənməsinə gətirib çıxarır. Danışıqların necə davam edəcəyini təbii ki, zaman göstərəcək. Ancaq tərəflər diplomatik masada uzlaşmasa, bu vəziyyət hər iki ölkə üçün iqtisadi problemlərə yol açacaq” - deyə politoloq bildirib.
İlahin, Bizimyol.info