Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikalı senator: Yeganə yol Putini “aradan götürmək”dir
Amerikalı senator: Yeganə yol Putini “aradan götürmək”dir

“Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putini “aradan götürmək” lazımdır”.

Bizimyol.info xəbər verir ki, bunu ABŞ-ın respublikaçı senatoru Lindsey Qrem "Twitter"dəki paylaşımında yazıb.

Qrem paylaşımında Roma imperatoru Yuli Sezara xəyanət edən Brutus və Adolf Hitlerə sui-qəsd cəhdi edən polkovnik Klaus fon Stauffenberqi xatırlamağın məqamı oluğuna diqqət çəkib.

Qrem dedi ki, "Rusiyada Brutus varmı? Rus ordusunda polkovnik Stauffenberq qədər uğurlu biri yoxdurmu? Bu müharibəni dayandırmağın yeganə yolu bu adamı - Putini aradan götürməkdir. Bu, sizin ölkənizə və bütün dünyaya çox mühüm xidmətiniz olacaq”.

Baş verənləri düzəldə biləcək yeganə millətin rus xalqı olduğunu vurğulayan Qrem, “Demək asandır, etmək çətindir. Ömrünün qalan hissəsini qaranlıqda, dünyanın qalan hissəsindən təcrid olunmuş vəziyyətdə və yoxsulluq içində keçirmək istəmirsənsə, hərəkət etməlisən", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »