Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Novruzu rayonlarda qeyd etmək istəyənlərin nəzərinə - Otellərin qiymətləri
Novruzu rayonlarda qeyd etmək istəyənlərin nəzərinə - Otellərin qiymətləri

Mart ayının ilk günlərini yaşayırıq. Qarşıdan isə böyüklü, kiçikli hamımızın səbirsizliklə gözlədiyimiz Novruz bayramı və tətil günləri gəlir.

Pandemiya, dünya ölkələri arasında yaşanan qarışıqlıqlar insanları o qədər qorxuya salıb ki, vətəndaşlar əvvəlki illərdən fərqli olaraq, son illərdə daha çox rayonlara üz tuturlar. Rayonlarda evi, qohumu olan insanlar bu cəhətdən çox şanslıdırlar. Çünki ən azından gecələmək üçün yerləri olur. Lakin hamı bu qədər şanslı deyil. Hər il bayram ərəfəsində otellərin dolu olması bizə bunu deməyə əsas verir ki, istirahət üçün baha qiymətə ev tutan, otellərdə yer ayırdan vətəndaşların sayı kifayət qədər çoxdur.

Bu il Novruz bayramını rayonlarımızın gözəl guşələrində keçirməyi planlayanlar üçün qısa bir araşdırma apardıq. Bizimyol.info olaraq, otellərin bayram qiymətlərini təqdim edirik:

“Lankaran Springs Wellness Resort” – 20-21 mart tarixində standart iki nəfərlik otaq 275 AZN təşkil edir. Qiymətə səhər yeməyi daxildir.

“Pik Palace Shahdag” – Deluxe King otaq səhər yeməyi ilə bir yerdə 20-21 martda 233 AZN, dağ mənzərəli king otaq isə səhər yeməyi də daxil olmaqla 263 AZN.

“Sahamaki Palace” - 22-27 mart tarixləri üçün bir gecəlik 2 nəfərlik qiymət Deluxe otaqda 216 AZN-dir. Qiymətə 2 dəfə qidalanma daxildir.

“Quba Palace Hotel” - 19-24 mart tarixləri üçün dağ mənzərəli otaq (2 nəfərlik) 250 AZN, göl mənzərəli 270 AZN, Junior suite 290 AZN, Honeymoon suite 320 AZN-dir. Villaların qiyməti isə 500-15550 AZN arasında dəyişir. Bu qiymətə isə şəhər və axşam yeməyi, spa və fitnesdən istifadə daxildir. Onu da qeyd edək ki, 6-11 yaş arası şəxslər üçün səhər yeməyi və bir gecəlik əlavə çarpayı 60 AZN-dir.

“Shahdag Hotel& Spa” – Oteldə bir gecəlik iki nəfər üçün deluxe king otağın qiyməti 240 AZN. Qiymətə səhər yeməyi daxildir.

Qeyd edək ki, otellərin bir çoxunda artıq yerlər ya məhdud sayda qalıb, ya da ki, doludur.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »