Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"The Times": Zelenskiyə həftə ərzində üç sui-qəsd cəhdi olub
"The Times": Zelenskiyə həftə ərzində üç sui-qəsd cəhdi olub

Son bir həftə ərzində Ukrayna prezidenti Vladimir Zelenskiyə ən azı üç dəfə sui-qəsd edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti mənbələrə istinadən məlumat verib.

Qəzetin yazdığına görə, Ukrayna prezidentinə sui-qəsdin həyata keçirilməsi üçün Kiyevə iki ayrı qrup göndərilib. Onlardan biri Kreml yönümlü Vaqner qruplaşmasının muzdluları, digərinin isə çeçen xüsusi təyinatlılarının olduğu iddia edilir.

Amma hər dəfə sui-qəsd cəhdlərinin qarşısı Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindəki “müharibə əleyhdarı” – müharibəyə qarşı çıxan FTX zabitləri sayəsində alınıb.

Vaqner muzdluları sui-qəsd cəhdlərində itki veriblər. Onlar məhdud dairənin xəbərdar olduğu planlarına qarşı Ukrayna tərəfinin qabaqlayıcı tədbirlər görməsinə heyran qaldılar. Qeyd olunur ki, Zelenskinin Təhlükəsizlik Xidmətinin məlumatlılığı onlar üçün “heyrətamiz” olub.

Bir qrup Kadırov tərəfdarı olan xüsusi təyinatlılar şənbə günü səhər Zelenskiyə sui-qəsd etməyə cəhd göstərib. Lakin onların da məhv edildiyi bildirilir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »