Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya AES-i atəşə tutub, Enerqodar şəhəri istiliksiz qalıb
Rusiya AES-i atəşə tutub, Enerqodar şəhəri istiliksiz qalıb

Rusiya hərbçilərinin atəşə tutması nəticəsində Zaporojye atom elektrik stansiyasında yanğın olub. Hazırda şəhərdə sakitlik olsa da, istiliyin verilməsində problem yaranıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Zaporojye vilayətinin Enerqodar şəhərinin meri Dmitri Orlov məlumat verib.

"İndi küçələrdə sakitlikdir, heç bir yad adam görünmür. Ötən gecə atəş zamanı istilik magistralının zədələnməsi səbəbindən Enerqodar istiliksiz qalıb. Biz onun bərpası imkanlarını araşdırırıq", - deyə mer yazıb.

Dmitri Orlov qeyd edib ki, sığınacaqlarda gecələyən Enerqodar sakinləri evlərinə qayıda bilərlər. Mer şəhər əhalisindən küçədə az olmalarını və evdə qalmalarını istəyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »