Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırov Putindən Xarkov və Kiyevi işğal etmək əmrini tələb edir
Kadırov Putindən Xarkov və Kiyevi işğal etmək əmrini tələb edir

Çeçenistan rəhbəri Ramazan Kadırov prezident Vladimir Putinə müraciət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat verib.

“Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez, dəqiq, operativ şəkildə ələ keçirsinlər.Yoldaş Prezident, yoldaş Ali Baş Komandan, mən sizin üçün canımı verməyə hazıram.

Amma bizim döyüşçülərin, müdafiə nazirliklərinin, Milli Qvardiyanın və digər strukturlardakı hərbçilərin necə həlak olduğunu izləyə bilmirəm. Sizə yalvarıram ki, hər şeyə gözlərinizi yumun və orada baş verənləri bir-iki günə bitirsinlər”, - deyə Kadırovun Putinə müraciətində qeyd edildiyi bildirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »