Ukrayna hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) “Zaporojye AES-in ərazisində baş verən yanğının “əsas” avadanlığa dəymədiyi” barədə məlumat verib.
Bizimyol.info xəbər verir ki, təşkilat bununla bağlı müvafiq məlumatları "Twitter"də yayıb.
“Ukrayna MAQATE-yə məlumat verir ki, Zaporojye AES-də baş verən yanğın “əsas” avadanlıqlara təsir göstərməyib, zavodun işçiləri nəticələrin aradan qaldırılması üçün tədbirlər görür. Zaporojye AES-in ərazisində radiasiya səviyyəsində dəyişiklik barədə məlumat verilməyib”, - deyə hesabatda deyilir.
Xatırladaq ki, Böyük Britaniya Zaporojye atom elektrik stansiyası ətrafında yaranmış vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının yaxın vaxtlarda fövqəladə iclasının keçirilməsində israrlıdır.
Qadir, Bizimyol.info
#Ukraine tells IAEA that fire at site of #Zaporizhzhia Nuclear Power Plant has not affected “essential” equipment, plant personnel taking mitigatory actions.
— IAEA - International Atomic Energy Agency (@iaeaorg) March 4, 2022