Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa qaz anbarlarını məcburən 80% dolu saxlamalı olacaq
Avropa qaz anbarlarını məcburən 80% dolu saxlamalı olacaq

Avropa Komissiyası yeni qərar layihəsi hazırlayıb. Sənədə əsasən, Avropa İttifaqına (Aİ) üzv olan dövlətlərin qaz anbarlarının doluluğunun 80% səviyyəsində saxlanılması tələb olunacaq.

"APA-Economics"in verdiyi məlumata görə, bu barədə layihə sənədində deyilir.

Qeyd olunur ki, Avropanın yeni enerji strategiyasının layihəsi gələn həftə təqdim olunacaq. Onun reallaşacağı təqdirdə, bu ilin sentyabrın 30-dək anbarlar tələb olunan səviyyəyədək doldurulmalıdır. Eyni zamanda, 80%-lik hədəf bütün Aİ üzrə orta səviyyədir, ayrı-ayrı ölkələrdə bu göstərici fərqlənəcək.

Məlumata əsasən, şirkətlərin lazımi həcmdə ehtiyatı təmin edə bilməyəcəyi təqdirdə, dövlət bu prosesi öz hesabına həyata keçirə bilər. Avropa Komissiyasının qaz üzrə ekspert əlaqələndirmə qrupu bazardakı vəziyyətə nəzarət edəcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »