Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu "3 Ozan bir arada" layihəsini təqdim edib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu "3 Ozan bir arada" layihəsini təqdim edib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk xalqlarının çoxəsrlik mədəniyyətini, tarixini tanıtmaq məqsədilə “3 Ozan bir arada” adlı yeni layihə həyata keçirib.

Layihə çərçivəsində Türk dünyasının üç böyük şairi – Yunus Əmrə, Aşıq Ələsgər, Jambıl Jabayevin yubiley tarixləri ilə əlaqədar poçt markası çap olunub. Markalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin birgə əməkdaşlığı ilə dövriyyəyə buraxılıb.

Layihə Türk ədəbiyyatının böyük söz sənətkarı Yunus Əmrənin vəfatının 700-cü ildönümünə, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinə, Qazaxıstanın xalq şairi Jambıl Jabayevin 175 illik yubileyinə həsr olunmuşdur. Layihəninin təqdim olunması Türk dünyasının mahir söz ustadlarının zəngin yaradıcılıq nümunələrini daha geniş auditoriyalarla tanış etdirmək məqsədi daşıyır.

Şairlərin portretlərinin əks olunduğu markanın müəllifi Azərbaycanlı rəssam Orxan Qarayevdir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »