Aleksandr Lukaşenko Belarusu Ukraynadakı müharibəyə “itələmək” istədiklərindən şikayətlənib. O, belarusların öz torpaqlarında döyüşəcəyini vurğulayıb.
Bizimyol.info xəbər verir ki, bunu Belarus prezidenti martın 3-də Minskdə çıxışı zamanı bildirib.
"Bilməlisiniz ki, ən qiymətli şey siz və övladlarınızdır. Mən bilirəm ki, bu uşaqlar dinc, işıqlı səma altında dinc dövlətdə yaşamalıdırlar. “Bilməlisiniz ki, ən qiymətli şey siz və övladlarınızdır. Görürsünüz, onlar bizi konkret olaraq Ukraynadakı müharibəyə sövq etmək istəyirlər ki, biz digər sərhədlərimizi açmağa məcbur olaq.
Sonra bizimlə tez məşğul olacaqlar, sizi qorumaq üçün Ukraynadan qayıtmağa belə vaxtımız olmayacaq. Bu, taktikadır”, - Lukaşenko bildirib.
Qeyd edək ki, Rusiya quru qoşunlarının bir hissəsi və qırıcı təyyarələri Belarus sərhədindən keçərək Kiyev istiqamətinə hərətək ediblər.
Qadir, Bizimyol.info