Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropalılar Ukrayna uğrunda döyüşməyə gəlir
Avropalılar Ukrayna uğrunda döyüşməyə gəlir

Ukraynalı döyüşçülər Rusiya ordusunun ardıcıl həmlələrinin qarşısında böyük çətinliklə tab gətirir. Prezident Vladimir Zelenski dəfələrlə bildirib ki, konkret hərbi qüvvə yardımına ehtiyac var. Amma nə ABŞ, nə də Avropa İttifaqı ölkələri Ukraynaya qoşun göndərmək istəyir. Buna baxmayaraq, avropalıların burada döyüşməsi mümkündür.

Bizimnyol.info xəbər verir ki, həm Norveç, həm Danimarka, həm də Böyük Britaniya hökumətləri Ukrayna silahlı qüvvələri sıralarına qoşulmağın cinayət tərkibi daşımadığını bildiriblər. Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Trass hökumətin bu addımı dəstəklədiyini deyib. Hərçənd, sonradan Baş Nazir Boris Conson fərqli fikir dilə gətirmişdi. Norveçin Baş Prokuroru Siqrid Ridse isə keçən həftə Silahlı Qüvvələr Forumunda deyib ki, norveçlilərin xarici dövlətin ordusuna qoşulması qanunsuz deyil.

Xeyli norveçli Ukraynanın Oslodakı səfirliyinə müraciət edib. Onlar Rusiya ordusuna qarşı döyüşməyə hazırdır. Polkovnik-leytenant Geir Hagen Karlsen müharibədə iştirak etmək istəyənlərə açıq müraciət edib: “Mən indi Ukraynanın xarici legionunun üzvüyəm. Dünyanın hər yerində Rusiya ordusuna qarşı vuruşmaq istəyənlər toplaşır. Otaq yoldaşlarımın arasında norveçli və amerikalı var”.

Sosial şəbəkələrdə Finlandiya vətəndaşlarının Ukrayna hərbi geyimində şəkilləri yayılıb. Skandinaviya ölkələrindən Rusiya ordusuna qarşı döyüşmək istəyənlərin çoxluğu xüsusi diqqət çəkir. Norveç mətbuatı hesab edir ki, əcnəbilər artıq Ukrayna üçün əlinə silah götürməyə başlayıb. Qəzetlərin birində Kiyevdən şəkil paylaşılıb. Burada qolunda sarı lent bağlanmış hərbçinin xarici legonun üzvü olduğuna şübhə yoxdur.

Norveçdə sosial şəbəkələrdə təşkilatlanma ilə bağlı konkret qruplar yaradılıb. Ukrayna üçün döyüşməyə hazır skandinavlar postsovet ölkəsinə necə getmək, yerli hərbçilərlə necə əlaqə saxlamaq, silah əldə etmək barədə məlumatları buradan alır. Tromso şəhərindən olan Tom Tornedalın yaratdığı “Ukrayna Beynəlxalq Briqadası” ətrafına xeyli döyüşçü toplayıb. Tornedal deyir ki, həftənini sonuna qədər 15 döyüşçü Ukraynaya yola düşəcək. Hətta yaralıların təxliyyəsi və tibbi yardımla məşğul olacaq ayrıca qruplar da var.

Qərb mətbuatı yazır ki, Əfqanıstan, İraq müharibələrində döyüş təcrübəsi olan xeyli ABŞ, Böyük, Britaniya, Kanada, Fransa, İsrail vətəndaşları Ukrayna silahlı qüvvələrinə kömək etməyə hazırdır. Amma gedənlər arasında təcrübəsiz könüllülər də az deyil.

Tornedal heç kimi Ukraynada döyüşməyə təşviq etmədiklərinin bildirir. Onsuz da Rusiya ordusuna qəzəbi olanlar çoxdur. Yəni döyüşmək istəyənlərin sayı yetərincədir. Tornedal deyir ki, döyüş təcrübəsi olmayanları qəbul etmirlər. Fiziki cəhətdən zəif olanları da Ukraynaya göndərmirlər.

Norveçdə terror tədqiqatçısı kimi tanınan Tomas Heqqhammer könüllülərin Ukraynaya döyüşməyə getmək təcrübəsinin yaxşı nəticələnməyəcəyini düşünür. Onun fikrincə, lazımdırsa, konkret Norveç dövləti ortaya iradə nümunəsi qoymalıdır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »