Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kişilər var ki, özgüvən zəifliyindən qadının işləməsinə mane olur”
“Kişilər var ki, özgüvən zəifliyindən qadının işləməsinə mane olur”

21-ci əsrdə yaşayırıq. Lakin hələ də qadın və kişi hüquqlarının eyni olmadığını düşünən insanlar var. Azərbaycan reallığında bu qədər maddi, sosial problemlərin fonunda belə bir çox ailələrdə xanımın işləməsinə icazə verilmir, onların bir çox azadlıqları məhdudlaşdırılır.

Psixoloq Fərqanə Mehmanqızı məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, kişilərin xanımlarını işləməyə qoymamasının çox fərqli səbəbləri var.

Fərqanə Mehmanqızı Fərqanə Mehmanqızı

“İşləmək mövzusu geniş mövzudur. Dində deyilir ki, qadın işləməsə, daha yaxşıdır. Amma burada çox önəmli məsələ var. Burada deyilmir ki, qadının azadlığı, sərbəstliyi yoxdur, olmamalıdır. Əksinə din qadına o boyda məsuliyyəti vermir ki, o həm evin, həm də çölün işini görsün. Yəni, xanım evdə oturmalıdır və maddiyyat əri tərəfindən gəlməlidir.

Qadın işləyə bilər. Məsələn, xeyriyyə cəmiyyəti və s. Yəni, qadın pul qazanmaq üçün özünü əziyyətə verməz. Din qadını müdafiə edib deyir ki, işləməsə yaxşıdır. Amma bunu insanlar istədikləri formada yozurlar. Bu sözləri əsas tutaraq, qadınların azadlığını məhdudlaşdırırlar”.

Psixoloqun sözlərinə görə, elə kişilər də var ki, istəmirlər ki, xanımları gedib kimisə sözünü götürsün.

“İstəyir ki, xanımını evdə hər tərəfli saxlasın. Bu psixologiyada olan insanlar da var. Bu kişilərin xanımları istədikləri vaxt evdən çıxa biilir, bütün azadlıqları da yerindədir.

Lakin elə kişilər də var ki, özgüvən zəifliyindən qadının işləməsinə mane olur. Fikirləşir ki, “xanımım işə getsə, onu yoldan çıxardacaqlar”, “əlinə pul gəlsə mənim atıb gedər” və s.

Unutmayaq ki, fikirlər, baxışlar hamısı insanların travmaları, psixoloji durumlarından asılıdır. Onun travması ona nələri yaşadırsa, o da cəmiyytdə, həyata baxışında o durumu göstərir”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »