Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: NATO və Ukrayna Rusiyaya qarşı nüvə müharibəsi başlamaq planı hazırlayır
Lavrov: NATO və Ukrayna Rusiyaya qarşı nüvə müharibəsi başlamaq planı hazırlayır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO və Ukraynanın Rusiyaya qarşı nüvə müharibəsi başlatmağı planlaşdırdığını bildirib.

Bizimyol.info xəbər verir ki, "RİA Novosti"nin verdiyi məlumata görə, o, bunu martın 3-də Rusiya və xarici KİV-ə müsahibəsində deyib.

Diplomat vurğulayıb ki, Rusiya Federasiyasının nüvə silahından istifadə şərtləri hərbi doktrinada öz əksini tapıb. Moskva Qərbin iddia etdiyi kimi deeskalasiya naminə eskalasiyaya əl atmır.

O, jurnalistləri bu barədə danışan siyasətçilərə - NATO-nun baş katibi Yens Stoltenberq və Ukrayna prezidenti Vladimir Zelenskiyə diqqət yetirməyə çağırıb.

Bir gün əvvəl Lavrov ABŞ prezidenti Co Baydenin Rusiyaya qarşı sanksiyaların alternativləri ilə bağlı sözlərini şərh edərkən demişdi ki, Üçüncü Dünya Müharibəsi ancaq nüvə silahı ilə ola bilər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »