Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski bildirib ki, işini itirənlərə, heç bir şərt olmadan 6500 qrivna verəcək
Zelenski bildirib ki, işini itirənlərə, heç bir şərt olmadan 6500 qrivna verəcək

Nazirlər Kabineti Rusiyanın Ukraynaya işğalçı təcavüzü nəticəsində işini itirmiş ukraynalılar üçün xüsusi yardım proqramı hazırlayıb. Proqram çərçivəsində onlar heç bir şərt olmadan 6500 qrivna alacaqlar.

Bizimyol.info xəbər verir ki, bunu martın 3-də Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciət zamanı deyib.

“Hökumət artıq işləmək imkanını itirmiş bütün ukraynalılar üçün xüsusi yardım proqramı hazırlayıb. Rusiyanın işğal məqsədi ilə başlatdığı müharibə nəticəsində işləmək imkanından məhrum olmuş hər bir işçi, hər bir fərdi sahibkar, hər bir vətəndaşımız heç bir şərt olmadan 6500 qrivna alacaq", - deyə Zelenski bildirib.

Xatırladaq ki, BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, 830 mindən çox qaçqın təhlükəsizlik axtarışında Ukraynanı tərk edərək qonşu ölkələrə gedib. Eyni zamanda, bir milyona yaxın insan məcburi köçkündür.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »