Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla sülh sazişinin bağlanması üçün danışıqlara başlamaq məsələsi gündəmdədir.
Bizimyol.info xəbər verir ki, o, bunu Ermənistanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.
"Xüsusi nümayəndələr səviyyəsində Ermənistan-Türkiyə dialoqu başlayıb, regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası, Azərbaycanla sülh sazişi üzrə danışıqlara başlamaq məsələsi gündəmdədir", - deyə Paşinyan ölkənin xarici siyasət vəzifələrinə toxunaraq bildirib.
Bu kontekstdə Ermənistan tərəfi üçün prioritet Qarabağ münaqişəsinin həllidir.
İrəvan dəfələrlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin irəli sürdüyü prinsiplər və elementlər əsasında problemin həllini necə gördüyünü bildirib.
"Qaradbağ ermənilərinin hüquqlarının tam müdafiəsi xarici siyasət gündəmimizin ən mühüm məsələlərindən biridir", - deyə erməni baş nazir əlavə edib.
O, Ermənistanın hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bu məsələ və xarici siyasət gündəliyində duran bir çox digər məsələlərlə bağlı fəal dialoq apardığını vurğulayıb.
Qadir, Bizimyol.info