Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda yeni prezident seçilib
Ermənistanda yeni prezident seçilib

Ermənistan parlamenti ikinci turda Vaaqn Xaçaturyanı prezident seçib.

Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, onun namizədliyinin lehinə 71 deputat – hakim “Mülki müqavilə” fraksiyasının bütün nümayəndələri səs verib.

Birinci turda hakimiyyətdən olan deputatlar yüksək texnologiyalar sənayesinin indiki keçmiş nazirini seçə bilmədilər - 10 səs kifayət etməyib . İkinci turda isə seçki üçün tələb olunan səs sayının azldılması nəzərdə tutulub.

Beşinci prezidentin andiçmə mərasimi seçkidən sonra onuncu gün parlamentin növbədənkənar iclası zamanı baş tutacaq.

Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. O, bu qərarın səbəbini müvafiq səlahiyyətlərin olmaması ilə əsaslandırıb.Keçmiş prezident bildirmişdi ki, bu, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan vermir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »