Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri dəyişib - Sərəncam
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri dəyişib - Sərəncam

Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərovu vəzifəsindən azad edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib

Sərəncamda deyilir: Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin.

Prezidentin digər sərəncamı ilə Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »