Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiyanın müdafiə sektoruna qarşı sanksiyalar tətbiq edir
ABŞ Rusiyanın müdafiə sektoruna qarşı sanksiyalar tətbiq edir

ABŞ Rusiyanın müdafiə sektoruna sanksiyalar tətbiq edir.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Rusiyanın müdafiə sektoruna qarşı tətbiq ediləcək genişmiqyaslı sanksiyalar nəticəsində silahların hazırlanması və istehsalı ilə məşğul olan şirkətlər əhəmiyyətli xərclərə məruz qalacaq.

Ümumilikdə, sanksiyalar müdafiə sektoru ilə bağlı 22 struktura, o cümlədən Rusiya ordusu üçün piyada döyüş maşınları və pilotsuz təyyarələr istehsal edən şirkətlərə təsir edəcək.

Bəyanatda ABŞ-ın gələcək illər üçün Rusiyanın müdafiə sektorunu və hərbi gücünü zəiflətməyə, o cümlədən ölkənin mühüm gəlir mənbələrinə qarşı tədbirlər görməyə hazırlaşdığı bildirilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »