Rusiya Müdafiə Nazirliyi Ukraynada gedən hərbi əməliyatlarda itkilərininin sayını açıqlayıb.
APA-nın verdiyi məlumata görə, Ukraynadakı hərbi əməliyyatlarda indiyə kimi Rusiya tərəfindən 498 nəfər həlak, 1597 nəfər isə yaralanıb.
Rusiya MN Ukrayna tərəfinin isə əməliyyatlarda 2870-dən çox itki verdiyini açıqlayıb.