Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna BMT TŞ-da Rusiyanın üzvlüyü məsələsini qaldırır
Ukrayna BMT TŞ-da Rusiyanın üzvlüyü məsələsini qaldırır

"Ukrayna BMT Təhlükəsizlik Şurasında Rusiyanın daimi üzvlüyünün ətraflı hüquqi araşdırılmasını tələb edir".

“Report” xəbər verir ki, bunu Ukrayna xarici ilər naziri Dmitri Kuleba onlayn brifinqdə bildirib.

“Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kürsünüə yumşaq desək, çox şübhəli şəkildə yiyələnib. 30 ilə yaxındır bu məsələyə göz yumurlar. Biz əvvəllər də BMT Katibliyinə buna dair suallar verirdik, onlar da bunu qulaqardına vurur, bizi yola verir, deyirdilər ki, özünüz başa düşürsüz də. Əminik ki, araşdırma aparılsa, Rusiyanın BMT Təhlükəsizlik Şurasında qeyri-legitim əsasla əyləşdiyi üzə çıxacaq. İndi bütün məsələ BMT Katibliyi hüquqşünaslarının prinsipial mövqeyinə, bu məsələni tam həcmdə araşdırmağa hazır olmalarına bağlıdır”, - ukraynalı nazir vurğulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »