Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyaya hərbçilərin tabutları gəlməyə başlayıb - Video
Rusiyaya hərbçilərin tabutları gəlməyə başlayıb - Video

Rusiya ordusu Ukraynada gözlənilməz müqavimətlə üzləşib. Ukraynalılar inanılmaz qəhrəmanlıq göstərir. Kremldə düşünürdülər ki, uzağı iki günə Kiyevi ələ keçirəcəklər. Amma Ukrayna inamla müdafiə olunur. Rusiya ordusu böyük itkilər verir.

Bizimyol.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi işğalçı tərəfin 6 mindən çox hərbçisinin öldürüldüyünü iddia edir. Kreml bununla bağlı susur. Qərb mətbuatı yazır ki, Vladimir Putin vəziyyətdən xəbərdardır, amma bundan söz açmaq istəmir.

Rusiyaya hərbçilərin tabutları gəlməyə başlayıb. Ukrayna Radasının deputatı Aleksey Qonçarenko bu haqda danışıb.

“Fikir verin, ruslar öz həmvətənlərinin ölümlərini necə qəbul edirlər. Sadəcə, insanları öldürmək və ölmək üçün mənasız müharibəyə göndəriblər, indi isə kədərlə ah çəkirlər”.

Ukrayna mətbuatının yazdığına görə, meyitlərin əksəri Belarusa göndərilib. Orada meyitxanaların dolduğu qeyd edilir. Ramzan Kadırovun Ukraynada öldürülən tərəfdarlarının tabutları da hələ Çeçenistanda gedib çıxmayıb. Kreml rəhbərliyi bu istiqamətdə addımları bilərəkdən yubadır. Çünki Rusiya cəmiyyətinin reaksiyası ürəkaçan olmaya bilər.

Rusiya ordusu Ukraynaya fevralın 24-də səhər saatlarında hücum edib. Burada böyük dağıntılar törədəlilib. Hərbçilərlə yanaşı, yüzlərlə dinc sakin öldürülüb. Avropa İttifaqının son hesabatına görə, Ukraynanı 836 min nəfər tərk etmək məcburiyyətində qalıb. Rusiya ordusu bir çox şəhərləri ələ keçirib. Ən böyük zərbənin Xarkov şəhərinə dəydiyini demək olar. Kiyevi ələ keçirmək üçün günlərdir döyüşlər gedir. Ukrayna ordusu inamla müdafiə olunur.

Ukrayna Müdafiə Nazirliyi indiyə qədər düşmənin 221 tankının sıradan çıxarıldığını açıqlayıb. Ayrı-ayrılıqda məhv edilən Rusiya qırıcı təyyarələrinin və vertolyotlarının sayı 20-ni keçib.

Kremlin işğal cəhdinə görə şimal dövlətinə böyük sanksiyalar tətbiq olunub. Qərb ölkələri Rusiya üçün hava məkanını bağlayıb. Bu dövlət beynəlxalq maliyyə sistemlərindən kənarda qalıb. Rusiya şirkətləri böyük dəyər itirib. Rubl çox ucuzlaşıb. Danışıqlar hələ də lazımi nəticəni vermir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »