Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkələri təşviş içində: Putinin növbəti hədəfi kimdir
Avropa ölkələri təşviş içində: Putinin növbəti hədəfi kimdir

Ukrayna savaşını, demək olar, bütün dünya həyəcanla izləyir. Rusiyanın qonşusuna hücumu pislənir. Kremlə işğal cəhdinə görə ağır sanksiyalar tətbiq olunub. Amma Vladimir Putinin dayanmaq fikrində olmadığı göz qabağındadır. Buna görə də Avropa ölkələri müharibə təşvişi yaşayır. Çünki Rusiyanın qələbə təqdirində köhnə qitəyə hqcum etməyəcəyinə heç kim zəmanət verə bilməz. İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyinə Kremlin sərt reaksiyası da avropalıların narahatlığının əsassız olmadığını göstərir.

Bizimyol.info xəbər verir ki, Avstriya neytral ölkə statusundan imtina etmək qərarına gəlib. Ölkənin Müdafiə Naziri Klaudiya Tanner müdafiə potensialını gücləndirmək istədiklərini deyib. İnfrastruktur inkişaf etdiriləcək. Vyana yaxınlığında məşq bazası tikiləcək. Tanner bildirib ki, indi büdcədən hər il 2.71 milyard avro hərbi xərclər üçün ayrılır. Amma məblıği artırmağa ehtiyac var.

Avstriya ötən əsrin 50-ci illərindən neytrallığını qorumağa çalışır. Hərbi xərclərin yüksək olmaması da buna görədir. Avstriya ümumdaxili məhsulun yalnız 0.6 faizi qədər vəsaiti bu istiqamətə yönəldir. İsveç və Finlandiyada da böyük rəqəmlərdən danışmaq olmaz. Şimal ölkələri ümumdaxili məhsulun 1.5 faizi qədər hərbi xərcləri büdcə hesabına ödəyir.

İsveçdə Rusiyanın bura hücum edə biləcəyi barədə düşünməyə başlayıblar. Skandinaviya ölkəsi buna görə NATO üzvlüyü barəcə ciddi fikirləşir. Hökumət müharibə ehtimalına da həssas yanaşır. Ölkədə əhaliyə məlumat məqsədli vərəqlər paylamağa başlayıblar. Burada müharibə şəraitində necə davranmaqla bağlı tövsiyələr yer alıb.

Finlandiya NATO-nun bir addımlığındadır. Parlamentdə hərbi alyansa üzvlük məsələsi ilə bağlı ilk debat baş tutub. Ekspertlər deyir ki, bir neçə ay əvvəl hadisələrin belə istiqamət almasını heç kim düşünməzdi. Ukrayna savaşından əvvəl əhalinin yalnız 30 faizi NATO üzvlüyünü dəstəkləyirdi. Son bir həftədə isə rəqəm 53-ə yüksəlib.

Keçmiş diplomat Petri Tuomi-Niula ölkəsinin başqa yolu qalmadığını bildirir. Onun fikrincə, Finlandiya təhlükəsizliyi barədə ciddi fikirləşməlidir. Çünki Rusiyadan hər şey gözləmək olar.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »