Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ukraynadakı azərbaycanlılarla bağlı məsələyə münasibət bildirib.
Ombudsman Səbinə Əliyeva APA-ya açıqlamasında bildirib ki, Ukraynada yaşayan, fəaliyyət göstərən, təhsil alan bütün Azərbaycan vətəndaşlarının hüquqları daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq işlər aparılır.