Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ilə Britaniya arasında diplomatik münasibətlər kəsilə bilər
Rusiya ilə Britaniya arasında diplomatik münasibətlər kəsilə bilər

"Moskva ilə London arasında diplomatik münasibətlərin kəsilməsi ehtimalı həmişə mövcuddur".

Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib.

"Bu ehtimal həmişə qalır, lakin biz müharibə vəziyyətində deyilik. Diplomatik münasibətlərin kəsilməsi o demək olacaq ki, təkcə biz deyil, Böyük Britaniyanın Moskvadakı səfirliyi də Rusiyanı tərk etmək məcburiyyətində qalacaq", - o, müvafiq suala cavab verərkən deyib

Diplomat onu da qeyd edib ki, hazırda səfirlik "Sberbank" və "VTB" Banka qarşı tətbiq edilən sanksiyaları nəzərə alaraq diplomatik missiyanın maliyyələşdirilməsinin davam etdirilməsi yollarını arayır: "Hələ ki, diplomatik nümayəndəliklərin işi ilə bağlı qanunda istisnalar var. Əgər biz bu yolla getsək və maliyyələşmənin mümkün olduğunu görsək, bu işimizi davam etdirmək üçün bir vasitə olar. Amma bu yol da bağlansa, daha sonra Böyük Britaniyanın Moskvadakı səfirliyi ilə bağlı adekvat oxşar tədbirlər görüləcək”, - deyə o əlavə edib.

Səfir həmçinin bildirib ki, indiki mərhələdə Böyük Britaniyanın öz qoşunlarını Ukraynaya göndərmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur.

"İindiki mərhələdə və yaxın gələcəkdə deməliyəm ki, bunun baş verə biləcəyi görünmür.

Bununla belə, Britaniya NATO-nun üzvüdür. Və buna uyğun olaraq həm mövqeyə, həm də təşkilatda qəbul edilən məhdudiyyətlərə hörmətlə yanaşır”, - deyə o bildirib.

Kelin xatırladıb ki, bundan əvvəl Britaniyanın xarici işlər naziri Liz Truss bu məsələ ilə bağlı “diqqətsiz açıqlamalar” verib. L.Truss bildirib ki, Britaniya hakimiyyəti Ukrayna prezidenti Vladimir Zelenskinin əcnəbilərin Ukraynaya gəlmələri və ölkənin müdafiə birləşmələrinə qoşulması çağırışını dəstəkləyib.

Son xəbərlər
Bütün xəbərlər »