Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin müharibədə ölənlərin sayını deyə bilmir
Putin müharibədə ölənlərin sayını deyə bilmir

“Putin Ukraynaya qarşı müharibə zamanı Rusiyanın itkiləri ilə bağlı məlumat alır, lakin Kreml itkilərin sayı barədə məlumat verə bilmir. Bu, müstəsna olaraq Müdafiə Nazirliyinin səlahiyyətindədir”.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov həmçinin Kremldə mülki əhali arasında qurbanların sayı ilə bağlı məlumatların olub-olmaması sualına da cavab verməyib: “Bu barədə hərbçilərdən soruşmaq lazımdır”, - deyib.

Bundan əlavə, Peskov martın 2-də axşam Rusiya nümayəndə heyətinin Kiyevdən tərəfini danışıqlara aparmaq üçün gözləyəcəyini bildirib. Lakin o, danışıqların yeri barədə açıqlama verməyib.

"Bu gün günortadan sonra nümayəndə heyətimiz danşıqların keçiriləcəyi yerdə olacaq və ukraynalı nümayəndələri gözləyəcəklər. Nümayəndə heyətimiz bu axşam söhbəti davam etdirməyə hazır olacaq", - Pskov deyib.

Qeyd edək ki, ukraynalı hərbçilər bildirirlər ki, müharibənin 6 günü ərzində ruslar Ukraynada 6 minə yaxın insan və minlərlə texnika itirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »