Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BVF və Dünya Bankından Ukraynaya 3 milyard dollarlıq dəstək
BVF və Dünya Bankından Ukraynaya 3 milyard dollarlıq dəstək

Dünya Bankı və BVF rəhbərləri Rusiyanın hərbi əməliyyat apardığı Ukraynaya dəstək üçün 3 milyard dollarlıq fond hazırladıqlarını açıqlayıblar.

Bizimyol.info xəbər verir ki, Dünya Bankının idarə heyəti bu həftə təqdim ediləcək ən azı 350 milyon dollarlıq sürətli büdcə dəstəyi əməliyyatını da nəzərdən keçirəcək. Bunun ardınca iki qurumun rəhbərləri dünənki birgə bəyanatda səhiyyə və təhsilə 200 milyon dollarlıq dəstək veriləcəyini də bildiriblər.

Bildirilib ki, BVF-nin idarə heyəti gələn həftə Ukraynanın təcili pul tələbini “Sürətli Maliyyələşdirmə Aləti” ilə qiymətləndirə bilər. Həmçinin BVF xatırladıb ki, Ukrayna 2020-ci il kreditlərinin nəzərdən keçirilməsi üzərində işi davam etdirir. Bu kreditin 2,2 milyard dolları ödənilməsini gözləyir.

BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva və Dünya Bankının prezidenti David Malpassın birgə bəyanaətlarında deyilir: “Bizim qurumlarımız Ukraynaya maliyyə və siyasətdə dəstək vermək üçün birlikdə çalışır və biz təcili olaraq bu dəstəyi artırırıq.

Biz böhran tədbirləri ilə bağlı səlahiyyətlilərlə gündəlik əlaqə saxlayırıq.

İnsanlar öldürülür, yaralanır və ölkələrini tərk etməyə məcbur edilir. Ölkənin fiziki infrastrukturuna da ciddi ziyan dəyib. Biz bu dəhşətli hadisələr zamanı Ukrayna xalqının yanındayıq”.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »