Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada müharibəyə etiraz edən azyaşlılar polis tərəfindən saxlanıldı
Moskvada müharibəyə etiraz edən azyaşlılar polis tərəfindən saxlanıldı

Rusiyada müharibə əleyhinə olan ana və uşaqları saxlanılıb.

Rusiyanın Ukraynaya hücumlarına qarşı ən çox etirazların təkşil edildiyi Moskva şəhərində rus polisi müharibə əleyhinə etirazçıları saxlamağa davam edir.

Bizimyol.info xəbər verir ki, hətta iki ölkənin döyüşməməsini istəyən uşaqlar da saxlanılıb.

Belə ki, Moskvada Yekaterina Zavizion və Olqa Alter adlı 2 ana övladları Sonya, David, Matvey, Liza və Qoşanı götürərək Ukrayna səfirliyinin binasının qarşısına çıxmaq istəyiblər. Uşaqlar əllərində “Müharibəyə yox” yazılmış plakatlar daşıyaraq, səfirliyin binası önünə gül dəstələri qoyublar. Bu əsnada ətrafda təhlükəsizlik tədbirləri görən Rusiya polis qrupları 2 ana və 5 uşağı saxlayaraq öz xidməti avtomobillərinə mindiriblər.

Polis bölməsinə aparılan qadın və uşaqlar dindirildikdən sonra sərbəst buraxılıblar. Hadisə Rusiyada böyük əks-səda doğursa da, Rusiya Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, saxlanılan uşaqların ən kiçiyinin 7, ən böyüyünün isə 11 yaşı olub.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »