Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Rusiyadan xarici valyutanın çıxarılmasına qadağa qoyub
Putin Rusiyadan xarici valyutanın çıxarılmasına qadağa qoyub

Rusiya prezidenti Vladimir Putin martın 2-dən Rusiya Federasiyasından 10 min dollardan çox məbləğdə xarici nağd pulun ixracını qadağan edən fərman imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

“2022-ci il martın 2-dən Rusiya Federasiyasından 10 min ABŞ dolları ekvivalentindən artıq olan və Mərkəzi Bankın rəsmi məzənnəsi ilə hesablanan nağd xarici valyutanın və (və ya) xarici valyutada pul alətlərinin çıxarılması qadağan edilsin”, - sənəddə deyilir.

Bundan əvvəl Putin əks sanksiyalarla bağlı fərman imzalayıb. Martın 1-dən etibarən Rusiya səlahiyyətli şəxslərinə kredit müqavilələri üzrə xarici valyuta köçürmələri, Rusiya Federasiyasından kənarda öz hesablarına xarici valyutanın mədaxil edilməsi, habelə xarici ödəniş xidmətləri provayderlərinin təqdim etdiyi elektron ödəniş vasitələrindən istifadə etməklə bank hesabı açmadan pul köçürmələri həyata keçirmək qadağandır.

Bundan əlavə, sənəd Rusiya ixracatçılarını valyuta gəlirlərinin 80%-ni satmağa məcbur edir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »