Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dolların “qara bazar”da qiyməti dəyişdi
Dollar iyun ayına “qara bazar”da bahalaşma ilə başlayıb.

Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən iyun ayının 1-də dolların alışı 1.6800 manatdan 1.6900 manata, satışı isə 1.6900 manatdan 1.6950 manata yüksəlib.

Bununla da “qara bazar”da dollar alqı-satqısı üzrə spred iki həftədən sonra yenidən minimum həddə düşüb- 0,5 qəpik. Qeyd edək ki, sonuncu dəfə belə spred may ayının 18-da qeydə alınmışdı. Adi qaydada isə “dollar alverçiləri” minimum 1 qəpik fərqlə alqı-satqı həyata keçirirlər. Amma “qara bazar”a müraciətlərin kəskin azalması ilə “dollar alverçi”lərini minimum fərqlə ticarət etməyə vadar edib: “Müraciətlər azaldığına görə, daha az qazancla dollar alıb-satmağa məcburuq”.

Dollarla yanaşı, avronun “qara bazar”da satışı nisbətən bahalaşıb. Belə ki, Avropa valyutasının alışı 1.8500 manat olaraq qalıb, satışı isə 1.8900 manatdan 1.9000 manata kimi yüksəlib.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »