Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya gəmilərinin Qara dənizdən keçməsinə icazə verilməyib
Rusiya gəmilərinin Qara dənizdən keçməsinə icazə verilməyib

Ankaranın qərarı ilə, Rusiyanın dörd hərbi gəmisinin Türkiyə sularından Qara dənizə keçməsi barədə təklifdən imtina edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "aljazeera" məlumat verib.

Bildirilir ki, Türkiyə Bosfor və Çanaqqala boğazlarının 1936-cı il paktı əsasında bağlanıb.

Türkiyənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu dünən "Habertürk"ə bildirib ki, Montrö Konvensiyasına əsasən, Türkiyə Aralıq dənizi ilə Qara dənizi birləşdirən boğazlara nəzarət edir. Müharibə zamanı və ya təhlükə yaranarsa, hərbi gəmilərin keçidini məhdudlaşdıra bilər.

Türkiyə Rusiyadan Moskvanın bazar günü işğalını “müharibə” kimi qələmə vermədən gəmilərini göndərməməyi xahiş edib və ona qanuni olaraq konvensiya çərçivəsində keçidləri məhdudlaşdırmaq barədə məlumat verib.

“Rusiya 27-28 fevral tarixlərində 4 gəmisinin boğazlardan keçəcəyini bildirib, bunlardan 3-ü Qara dənizdəki bazalarda qeydiyyata alınmayıb. Biz Rusiyaya dedik ki, bu gəmiləri göndərməsin və Rusiya da gəmilərin boğazlardan keçməyəcəyini söylədi”, - deyə Çavuşoğlu Türkiyənin hadisə ilə bağlı pakta tərəf olan dövlətləri məlumatlandırdığını da əlavə edib.

“Bundan heç kim inciməsin, çünki Montrö Konvensiyası dünən də, bu gündə və sabahda qüvvədədir, ona görə də biz onu həyata keçirəcəyik”, - deyə xarici işlər naziri bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »