Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ kəşfiyyatı Putinin psixi durumu ilə bağlı məlumat toplamağa başlayıb
ABŞ kəşfiyyatı Putinin psixi durumu ilə bağlı məlumat toplamağa başlayıb

Son günlər ABŞ kəşfiyyatının prioritet vəzifəsi Rusiya prezidenti Vladimir Putinin psixi vəziyyətinin nə olduğunu və bunun onun Ukraynadakı müharibə ilə bağlı qərarlarına necə təsir etdiyini öyrənmək olub.

Bu barədə CNN məlumatlı mənbəyə istinadən xəbər verib. Kəşfiyyata Putinin vəziyyəti və onun Qərbin birləşmiş və sərt reaksiyasına necə reaksiya verməsi barədə məlumat toplamaq tapşırılıb. Ehtimal olunur ki, Putin gözləmədiyi bir zərbəni alıb və hazırda onun əqli durumu ABŞ kəşfiyyatını ciddi şəkildə maraqlandırır.

Bizimyol.info xəbər verir ki, uzun müddət Putinin davranışını izləyən ABŞ ekspertləri onun getdikcə məyus və irrasional hala gələcəyini bəyan etməyə başlayıblar. Amma kəşfiyyat hesab edir ki, Putinin ümumi vəziyyətinin əhəmiyyətli dərəcədə dəyişdiyinə dair açıq əlamətlər müşahidə olunmayıb. Ehtimal edilir ki, Putin indi ABŞ və müttəfiqlərinə təzyiq göstərərək özünü necə deyərlər, “dəliliyə” vurur. Onun nüvə silahı ilə bağlı çıxışı da bu məqsədə xidmət edir.

Bu arada ABŞ Ədliyyə Nazirliyi Rusiya oliqarxlarının cinayətlərini araşdırmaq üçün komissiya yaradır. Bayden də öz çıxışında bu barədə danışmışdı: "Yaxtalarınızı, dəbdəbəli mənzillərinizi, şəxsi təyyarələrinizi tapıb əlinizdən alacağıq. Avropalı müttəfiqlərimizlə birləşirik. Biz sizin qanunsuz sərvətinizin izinə düşmüşük".

Xatırladaq ki, Avropanın ardınca ABŞ da Rusiya təyyarələri üçün hava məkanını bağlayıb.

Bu arada Ukraynanın qovulmuş diktatoru Viktor Yanukoviç hazırda Minskdədir. Ukrayna kəşfiyyatının məlumatına görə, hazırda Kreml onu xüsusi əməliyyata hazırlayır. Əldə edilən məlumata görə, Kreml yaxın vaxtlarda Yanukoviçi Ukraynaya qaytarmaq və ya onun adından Ukrayna xalqına müraciət yaymağa hazırlaşır.

Amma ekspertlərin fikrincə, Putin bununla bir tamaşa qurmağa, iddiasından əl çəkmədiyini göstərməyə çalışır. Yəni Yanukoviçi hakimiyyətə qaytarmaqda iddialı olduğunu nümayiş etdirir ki, bu da Ukrayna xalqının ümidini qırmağa hesablanıb.

Bununla belə, Ukrayna xalqının mövqeyi Putinin ümidlərini qırmaq üçün daha effektlidir. Sorğuya görə, əhalinin 88 faizi Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gələcəyinə inanır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »