Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Putinin gizli planını yayıb - Xəritə qalmaqalı dünya gündəmində - Foto
Lukaşenko Putinin gizli planını yayıb - Xəritə qalmaqalı dünya gündəmində - Foto

Müharibə başlamazdan əvvəl Rusiya prezidenti Putini dəstəklədiyini bəyan edən Belarus lideri Aleksandr Lukaşenko dünən böyük səhvə yol verərək Rusiyanın gizli planını az qala deşifrə edib.

Bizimyol.info xəbər verir ki, Qərb mediası hadisəni “Bacarıqsız Lukaşenko Putinin gizli planını sızdırdı” başlığı ilə işıqlandırıb.

İndiyədək Kreml xarici əməliyyatlarla bağlı məxfiliyi ilə tanınırdı, lakin Putinin Ukrayna müharibəsi ilə bağlı planları onun ən yaxın müttəfiqi, Belarus lideri Aleksandr Lukaşenko tərəfindən iflasa uğradı.

Belarus təhlükəsizlik şurasının iclasında çıxış edən Lukaşenko rus qoşunlarının hərəkətlərini və hücum hədəflərini əks etdirən xəritənin qarşısında dayanıb. Lukaşenkonun çıxış etdiyi xəritədə Rusiyadan Ukraynaya doğru hücum xətləri göstərilib. Bu hücumların bəziləri (Kiyev, Krım, Xerson kimi) işğalın ilk günlərində baş verib.

Bununla belə, xəritədə hələ baş verməmiş hücumların təfərrüatları var idi. Onlardan biri, Odessa limanından Moldovanı göstərməsi və Rusiyanın Ukraynanın qonşusuna qoşun yeritməyi planlaşdırdığını göstərməsi güman edilir.

Ukraynanın dörd hissəyə bölündüyünü göstərən işğal xəritəsində Ukrayna ordusunun komandanlıq əraziləri ilə uyğunlaşdırılıb və Ukraynanın şərq sərhədi boyunca Belarusdan hədəf alınan nöqtələr göstərilib.

"Biz Ukrayna raketlərinin Belarus ərazisinə buraxılmasından 6 saat əvvəl xəbərdarlıq aldıq. Beləliklə, Rusiyanın "İsgəndər" raketləri onları məhv edə bildi", - deyə Lukaşenko Təhlükəsizlik Şurasına bildirib.

Lukaşenkonun agentliklər tərəfindən yayılan görüntüləri gündəmin əsas xəbərinə çevrilib. Qərb mediası “Səriştəsiz Lukaşenko Putinin gizli planını sızdırdı”, “Növbəti Moldovadırmı?” kimi başlıqlarla yazıblar. Aİ-nin Moldovanı sözügedən xəritə ilə bağlı müdafiə edib-etməyəcəyi yaxın günlərdə məlum olacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »