Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskidən Putinə ultimatum: "Ukraynanı almağın mümkün deyil"
Zelenskidən Putinə ultimatum: "Ukraynanı almağın mümkün deyil"

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya idman turnirlərini və dünya mədəniyyətini unuda bilər, onu yalnız beynəlxalq tribunal gözləyir.

O, bu barədə Prezident Aparatının Telegram kanalında yerləşdirdiyi videomüraciətində bildirib.

"Rusiya üçün nəticə nə olacaq? Artıq bu dövlətin bayrağı idman turnirlərində görünməyəcək. Müasir dünya mədəniyyəti indi onların üzünə qapalı olacaq. Rusiya malları bütün dünyada mağaza rəflərindən yığışdırılır. Rusiya banklarının qlobal şəbəkə ilə əlaqəsi kəsilib. Rusiya vətəndaşları əmanətlərini itirir, bütün sahələrdə perspektivlərini itirirlər”, - deyə Zelenski bildirib.

Bundan əlavə, o vurğulayıb ki, Rusiya əsgərlərinin anaları övladlarını onlar üçün tamamilə yad olan ölkədə itirirlər.

"Bu rəqəm haqqında düşünün: demək olar ki, altı min Rusiya əsgəri və zabiri həyatını itirib. Sadəcə, müharibənin altı günü ərzində. Bu siyahıda düşmənin ötən gecə verdiyi itkilər daxil deyil. 6 min! Nəyi almaqdan? Ukraynanı almaqmı? Bu mümkün deyil. Bunu raketlərlə, bombalarla, tanklarla, heç bir zərbə ilə edə bilməzsən. Biz öz doğma torpağımızdayıq. Bizə qarşı müharibə üçün isə beynəlxalq tribunal olacaq – Rusiya üçün",- prezident vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynada törətdiyi savaş cinayətlərinə görə Haaqa tribunalında mühakimə olunacağı artıq dəqiqdir. Bunun üçün faktlar da toplanır. Dünəndən başlayaraq vakuum bombalarının istifadəsi bu ehtimalı daha da gücləndirib. Bu bombaları qadağan edən qanun yoxdur, amma onun şəhərlərdə yaşayış məskənlərinə atılması müharibə cinayətinə səbəb ola bilər.

Bu bombaları zaman-zaman “nüvə silahının kiçik forması” adlandırırlar. Vakuum bombası xüsusi olaraq zənginləşdirilmiş yanacaqdan ibarət iki konteyner daşıyır. Onlardan biri partlayaraq alov dumanı yaradır, ardınca ikinci konteyner partlayaraq ətrafdakı oksigeni sovurmağa və bu zaman açıq yerlərdən bina, mağara, bunker və s. bu kimi ərazilərə dolmağa başlayır. Silah canlı qüvvəni kütləvi olaraq məhv etmək kimi xüsusiyyətə malikdir.

ABŞ bu bombalardan Əl-Qaedaya qarşı istifadə etmişdi.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »