Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarkovun mərkəzi yenidən atəşə tutulub: Universitet binası yanır - Video
Xarkovun mərkəzi yenidən atəşə tutulub: Universitet binası yanır - Video

Martın 2-də səhər saatlarında Xarkovun mərkəzi hissəsi yenidən atəşə tutulub.

Bizimyol.info xəbər verir ki, şahidlərin yayadığı videolara görə, Xarkovda partlayış baş verib.

Atışma nəticəsində Mironositskaya küçəsində yerləşən Karazin adına Universitetinin binası yanıb. Qonşuluqdakı Milli Polis Baş İdarəsinin binasının bir hissəsinin də yandığı qeyd edilir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Xidmətindən verilən məlumata görə, yanğın yaşayış binalarına keçib, alovun genişlənmə təhlükəsi var.

"Xilasedicilər hadisə yerində işləyirlər. Həlak olanların sayı və dağıntıların miqyası dəqiqləşdirilir", - deyə Fövqəladə Hallar Dövlət Xidmətindən bildirilib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »