Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rublun yıxılması fonunda Azərbaycan iqtisadiyyatını nə gözləyir
Rublun yıxılması fonunda Azərbaycan iqtisadiyyatını nə gözləyir

Bu gün dövri mətbuatı Rusiyaya münasibətdə əsasən bir məsələ düşündürür: rublun ucuzlaşmasının Azərbaycana mənfi təsiri varmı? Rəylər müxtəlifdir. Bunun mənfi təsir etdiyi deyənlərlə yanaşı bu təsirin olmadığını iddia edənlər də var.

Hər il ölkəmizə xaricdən ümumillikdə 1,2 milyard dollar göndərlir. Bunu təqribən 50 faizi Rusiyanın payına düşür. Ekspertlər deyirlər ki, Ukrayna ilə bağlı baş verənlərin fonunda Rusiya iqtisadiyyatının üzləşdiyi problemlər həmin ölkədən göndərilən vəsaitlərə də öz təsirini göstərəcək. Həmçinin Rusiyada yaşayan vətəndaşlarımızın sosial vəziyyətinə də mənfi təsir göstərəcək və onların ölkəmizə göndərdiyi pulların həcmində də müəyyən qədər azalmalar müşahidə olunacaq. Rus bazarlarına Avropadan gələn məhsullarının azalacağı təqdirdə Azərbaycan sahibkarları üçün əlavə imkanlar yarada bilər. Yəni Avropa ilə Rusiya arasında olan gərginlik zəngin rus bazarına olan Azərbaycan sahibkarların maraqlarını daha da artıra bilər və ixracımız genişlənə bilər. İxracdan əlavə idxal üçün xüsusilə meşə sənaye məhsulları, metalrugiya məhsulları və s üçün rus bazarlarına müraciət edirik. Rublun kəskin ucuzlaşması bu məhsulların dönəmli valyutalarda qiymətin bir qədər aşağı düşməsinə gətirib çıxara bilər.

Hazırda Azərbaycan Rusiyaya ən çox kənd təsərrüfatı malları ixrac edir. Rublla aparılan bu ticarət Rusiya bazarının ümumilikdə 7 faizini təşkil edir. Azərbaycanın illik valyuta gəlirlərində neftin payının yüksək olduğuna diqqət çəkən ekspertlər Rusiyaya qarşı edilən təzyiqlərin bu dəfə Azərbaycanın valyuta bazarına ciddi təsir etməyəcəyi qənaətindədir.

Hələ fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib ki, 2021-ci ilin yekunlarına görə, iki ölkənin qarşılıqlı əmtəə dövriyyəsi 16 faiz artıb. Vurğulandığına görə, bu rəqəm təqribən 3.4 milyard dollara çatıb, qarşılıqlı kapital qoyuluşunun ümumi həcmi isə 6 milyard dollar təşkil edir.

Rusiya hakimiyyəti nə qədər gizlətməyə çalışsa da sanksiyaların ölkə iqtisadiyyatının tənəzzülə getdiyi göz qabağındadır. Qısaca olaraq onu qeyd etməliyik ki, milyardlarla dollar həcmində kapital ölkədən çıxarılır. Kreditlər bahalaşır, vergi dərəcələri artırılır və hətta yenisi tətbiq edilir, səhmlər ucuzlaşır. Xarici kapital son 10 ildə ən aşağı həddə düşüb.

Dünya bazarında neft artıq 90 dollarlıq psixoloji həddi keçərək ucuzlaşıb. Bu neftdən asılı olan və sanksiyaların məngənəsində boğulan Rusiyanın federal büdcəsi üçün təhlükədir. Müxtəlif hesablamalara görə, neftin barelinin 10 dollar ucuzlaşması büdcə gəlirlərinin 600-1500 milyard rubl azalması deməkdir. Ekspertlərin digər hesablamalarına görə, dolların 1 rubl bahalaşması büdcəyə əlavə olaraq 150-180 milyard rubl gəlir gətirir. Deməli, rublun devalvasiyası gündəmdədir və hökumət bunu istisna etmir. Təbii ki, devalvasiyanın Rusiya üçün mənfi təsirləri çox olacaq. Təəssüf ki, bu vəziyyət Azərbaycadan da təsirsiz ötüşməyəcək.

Havar

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »