Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı gənclər Ukrayna ilə müharibəni istəmirlər - Sorgu
Rusiyalı gənclər Ukrayna ilə müharibəni istəmirlər - Sorgu

60 yaşdan yuxarı ruslar arasında qan tökülməsini dəstəkləyənlər 70%-dən çox olur.

Bizimyol.info xəbər verir ki, Rusiyada “Russian Field” araşdırma qrupu siyasətçi Maksim Katzla birlikdə Rusiyanın Ukraynaya qarşı təcavüzünə Rusiyanın dəstəyinin səviyyəsini göstərən araşdırma aparıb. Araşdırmanın nəticələri onların saytında dərc olunub.

"Respondentlərin yarıdan çoxu - 58,8% Rusiyanın Ukrayna ərazisindəki hərəkətlərini dəstəkləyir. Rəyi soruşulanların yaş fərqi ilə "xüsusi əməliyyat"ın qiymətləndirilməsi arasında dəyişən münasibət var. Respondentlər nə qədər yaşlıdırsa, "xüsusi əməliyyat"ı bir o qədər çox dəstəkləyirlər. Belə ki, gənclər (18-29 yaş) arasında müharibənin tərəfdarlarının səviyyəsi 40%-dən bir qədər çox. 60-dan yuxarı ruslar arasında isə bu mövqe 70%-dən çox təşkil edir”, - sorğunun nəticələrində qeyd edilir.

Tədqiqat yaş və təhsil nəzərə alınmaqla rəqəmlər nisbətinin aydın şəkildə dəyişdiyi göstərir.

"Həmçinin, respondentlər nə qədər gənc olsalar, Rusiyanın Ukraynadakı hərəkətlərinə bir o qədər mənfi münasibət bəsləyirlər. 18-44 yaş arası respondentlərin yarısı müharibənin başlanmasına mənfi qiymət verib. Respondentlərin təhsil səviyyəsi nə qədər yüksəkdirsə, "xüsusi əməliyyatlara" dəstək də o qədər aşağı olur. Mənfi münasibət bildirənlərin yarısı universitet bitirmiş, üçdə biri natamam ali təhsillidir. Ali məktəb və ya Texnikum tələbələrinin dörddə biri Ukraynadakı hərəkətləri dəstəkləmir", - deyə araşdırma müəllifləri qeyd edirlər.

Eyni zamanda, alınan cavablara görə, rusların əksəriyyəti Ukraynadakı hərəkətlərdən mənfi nəticələr - qiymət artımı, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi və iqtisadi böhran gözləyir. Müsbət nəticə olacağını güman edənlər: Rusiyanın dünyada təsirinin artması, dünya səhnəsində "L/DPR"-nin tanınması, Rusiya Federasiyasının ərazisinin genişləndirilməsini əsas gətirirlər.

"Gənc və orta yaşlı respondentlər Ukraynada "xüsusi əməliyyat”ın müsbət nəticələrini görməyə meylli deyillər. Yaşlı respondentlər daha çox Rusiyanın dünyaya təsirinin genişlənməsini qeyd edirlər, lakin nəticələr arasında mənfi proqnozlar da üstünlük təşkil edir. Ruslar da bir sıra digər nəticələri proqnozlaşdırın: üçüncü dünya müharibəsi riski, Rusiya cəmiyyətinin həyatının bütün sahələrində tam çöküş, Rusiya iqtisadiyyatının yüksəlişi, rusların həyatının yaxşılaşması, Rusiya və Ukraynanın birləşməsi, Rusiya tərəfindən Ukrayna ərazisində asayişin bərpası, “L/DXR”də sülh və hətta Rusiya Federasiyasında rejim dəyişikliyi”, – araşdırmanın nəticələrində qeyd edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »