Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin heç vaxt Ukrayna xalqının sevgisini qazana bilməyəcək - Bayden
Putin heç vaxt Ukrayna xalqının sevgisini qazana bilməyəcək - Bayden

Amerika Birləşmiş Ştatları Ukraynanı dəstəkləməyə və onun azadlıq uğrunda mübarizəsinə kömək etməyə davam edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Konqresə illik çıxışında bildirib.

“Prezident Putin Ukraynanı ələ keçirə biləcəyini və dünyanın bununla razılaşacağını düşünürdü. O, heç vaxt ağlına da gətirmədiyi bir güc divarı, Ukrayna xalqı ilə qarşılaşdı. Putin silahlarla bəzi əraziləri müvəqqəti işğal edə bilər. Lakin o, heç vaxt Ukrayna xalqının ruhunun və qəlbinin sevgisini qazana bilməyəcək”, - Bayden ABŞ Konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ müttəfiqləri ilə birlikdə ukraynalıların azadlıq uğrunda mübarizəsinə hərbi, iqtisadi və humanitar yardımlarla dəstək verir. “Biz Ukraynaya 1 milyard dollardan çox birbaşa yardım etdik. Və biz öz ölkəsini müdafiə edən Ukrayna xalqına kömək etməyə davam edəcəyik”, - deyə Bayden bildirib.

Eyni zamanda Bayden deyib ki, Amerika NATO-nun “hər qarış ərazisini” müdafiə etməyə hazırdır, lakin Ukraynada döyüşmək fikrində deyil.

“Açıq deyim: bizim qüvvələrimiz Ukraynada Rusiya qüvvələri ilə münaqişədə iştirak etməyəcək. Bizim qüvvələrimiz Ukraynada döyüşmək üçün Avropaya getməyəcək, lakin onlar NATO müttəfiqlərimizi qoruyacaqlar”, - Bayden xalqa müraciətində deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »