Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumıda "Bayraktar"la Rusiyanın "qrad"ları və tankları vurulub
Sumıda "Bayraktar"la Rusiyanın "qrad"ları və tankları vurulub

"Ötən gecə Ukrayna Silahlı Qüvvələri Sumı vilayətində Rusiya hərbçilərinin iki mövqeyinə zərbələr endirib".

Bizimyol.info xəbər verir ki, bunu Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitskinin "Facebook" səhifəsində yazıb.

"Ukrayna hərbçiləri zərbə vuran "Bayraktar"lardan istifadə ediblər", - deyə qeyd edib.

"Belə ki, Romenski rayonunun Pustovoitovka kəndi yaxınlığında 80-ə yaxın hərbi texnikaya zərbə endirilib. Onların yarısı "MLRS Qraddır". Zərbəyə məruz qalan ərazi işğalçı rus qoşunlarının avadanlıqlarını saxladıqları yer idi.

Üstəlik, Bişkin kəndi ərazisində 100-ə yaxın rus texnikası, əsasən tanklar və zirehli personal daşıyıcıları məhv edilib.

Məhv edilmiş texnikada nə qədər rus əsgərinin olduğu məlum deyil", - deyə Jivitski qeyd edib.

Qeyd edək ki, Jivitski bir neçə saat əvvəl sosial şəbəkələr vasitəsilə Ali Baş Komandanlığın Qərargahından tələb edib ki, bölgədəki Rusiya hərbi texnikası toplanan ərazilərə "Bayraktar"lar, təyyarələr və raketlərlə zərbə endirin.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »