Rusiya ilə danışıqların başlaması üçün Ukrayna şəhərlərinin bombalanması dayandırılmalıdır
APA-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN və Reutersə birgə müsahibəsində deyib.
“Əsas olan ilk növbədə mülki əhalinin bombalanmasını dayandırmaq və sonra danışıqlar masasına oturmaqdır” – deyə prezident vurğulayıb.
“Dünya artıq başa düşür ki, Rusiya prezidenti ilə danışıqlar stolu arxasına oturmağın vaxtı çatıb” – deyə Zelenski vurğulayıb.